Modern.az

Sumqayıtda avtomobil oğrusu saxlanıldı

Sumqayıtda avtomobil oğrusu saxlanıldı

Aktual

31 Mart 2018, 16:56

Martın 30-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Sumqayıt şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, araşdırmalarla şəhər sakini Yavər Cahangirovun “Mercedes” markalı avtomobilinin 4-cü mikrorayon ərazisindən qaçırıldığı müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Xanlarov avtomobillə birgə saxlanılıb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!