Modern.az

Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq

Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq

Aktual

1 Aprel 2018, 02:09

Rusiyadakı britaniyalı diplomatların sayının Britaniyadakı rusiyalı diplomatların sayı ilə bərabərləşməsi üçün Böyük Britaniya diplomatik missiyasının 50-dən çox əməkdaşı vətəninə dönməlidir.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində bildirib.   

 

M.Zaxarova bundan əvvəl 23 rusiyalı diplomatın Britaniyadan çıxardığını xatırladıb. Londonun bu addımına cavab olaraq Moskva da 23 britaniyalı diplomatı ölkədən çıxarmışdı.      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...