Modern.az

“Muğanbank” Visa İnternational beynəlxalq ödəniş sisteminin üzvü oldu

“Muğanbank” Visa İnternational beynəlxalq ödəniş sisteminin üzvü oldu

Aktual

2 Aprel 2018, 12:47

29 mart 2018-ci il tarixindən etibarən “Muğanbank” ASC Visa International beynəlxalq ödəniş sisteminin üzvü oldu. Ödəniş kartlarını Muğanbankın filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Muğanbank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

 Muğanbank Visa ödəniş sistemi ilə 2004-cü ildən əməkdaşlıq edir, Visa Electron Visa Classic, Visa Gold,  Visa PlatinumVisa İnfinite kartlarını müştərilərə təqdim edir. “Muğanbank” ASC-nin “Visa İnternational” kartlarının sahibləri ölkə daxili və xaricdə limitsiz olaraq nağd və nağdsiz ödənişləri rahat şəkildə həyata keçirməklə yanaşı “Visa İnternational” sahibləri üçün nəzərdə tutulmuş xüsusi imtiyazlardan istifadə edə bilərlər.

Bundan əlavə, Rusiyada keçiriləcək  FiFA 2018 dünya çempionatının tərəfdaşı və sponsoru olan Visa Beynəlxalq kart təşkilatı yeni kampaniyaya start verir.

Kampaniya çərçivəsində Muğanbanka məxsus bütün növ Visa plastik kart sahibləri Dünya Çempionatında 2 nəfər VIP paketlə iştirak etmək hüququ əldə edəcəklər.

Kampaniyada iştirak üçün aşağıdakı qaydalara əməl edilməlidir:

 

  • www.visa.com.az saytında onlayn qeydiyyatdan keçmək,
  • Nağdsız alış-veriş (retail əməliyyatları) edərkən Sizə təqdim olunmuş pos terminal çekinin üzərindəki RRN kodunu əlavə etmək,
  • Bakımızın loqosunu əlavə etmək.

 

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına,həmçinin //www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl   facebook səhifəsinə keçid ala bilərsiniz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı