Bakının Nizami rayonu Mehdi Abbasov küçəsi ev 6 a, mənzil 45 ünvanında yaşayan Rasim Qabil oğlu Ağayev Modern.az saytına məktubla müraciət edib.
Məktubunda qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkdiyini bildirən 52 yaşlı Rasim Ağayev xeyirxah insanları onun iki qızını atasız qoymamağa çağırıb.
Ağır xəstəliyə düçar olan R.Ağayev işsizdir. Həkimlərin rəyinə əsasən, o, xroniki Hepatit "C" virusuna dişinin müalicəsi zamanı yoluxub: "3 ildir əziyyət çəkirəm. Tez-tez təngnəfəs oluram, qarnıma mütəmadi su yığılır. Getdikcə çəki itirirəm".
Rasim Ağayevə 1 saylı Kliniki Tibbi Mərkəzdə diqanoz qoyulub. Amma imkanı olmadığından müalicə oluna bilmir.
“Pulsuzluq, imkansızlıq insanın faciəsidir. Mən də bu faciəni yaşayıram. Əlacsızlıqdan sonumu gözləyirəm. Ancaq həyatla vidalaşmaq istəmirəm. Çünki balalarım üçün hələ heç nə edə bilməmişəm. Çox insanların qapısına gedib ümidsiz, kor-peşman geri qayıtmışam. Dava-dərman üçün kömək diləmişəm, lakin səsimə səs verən, halıma acıyan tapılmır”.
Rasim Ağayevin ailə üzvləri də işsizdir. İki yeniyetmə qız övladı var. Ailəsi isə xəstəyə baxmaq məcburiyyətindədir. Onun təcili qaraciyər transplantasiyasına ehtiyacı var: "Çox dəhşətli ağrılarım olur. Əməliyyat üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etmişəm. Donor olarsa, transplantasiyanın qiymət 45 min manata başa gəlir. Donorum var, qardaşım olacaq. Amma maddi durumum buna imkan vermir".
Ailə xəstəyə yardım olunması üçün Səhiyyə Nazirliyinə, Heydər Əliyev Fonduna, Həyat Fonduna, Qızıl Aypara cəmiyyətinə müraciət edib. Amma müraciət hələ ki müsbət cavab verilməyib. Məcbur qalan ailə yaşadığı iki otaqlı mənzili satışa çıxarıb.
Rasim Ağayevin adına "Bank Respublika"da hesab nömrəsi də açılıb.
Bank Respublika ASC Neftçilər filialı
Kod: 50 27 02 VÖEN 99 00001901
M/h AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
İmkanlı şəxslərdən Rasim Ağayevə kömək etmələri xahiş olunur.