Modern.az

Füzulidə ağır qəza: yanan maşında iki nəfər öldü

Füzulidə ağır qəza: yanan maşında iki nəfər öldü

Aktual

2 Aprel 2018, 13:44

Füzuli rayonunun Qayıdış-5 qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, aprelin 1-də saat 17 radələrində Füzuli rayonunun Qayıdış-5 qəsəbəsində qəsəbə sakini Yusif Dadaşzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb və zərbədən yanğın baş verib.
 

Nəticədə Y.Dadaşzadə və sərnişinlərindən qəsəbə sakini Rəşad Rüstəmov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Araşdırmalar RPŞ tərəfindən aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı