Modern.az

Rusiya Azərbaycan sərhədlərinə yaxın hərbi baza tikir 

Rusiya Azərbaycan sərhədlərinə yaxın hərbi baza tikir 

Aktual

2 Aprel 2018, 15:10

Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanması Dağıstanın Kaspiysk şəhərinə keçiriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib.

Nazir qeyd edib ki, donanmanın şəxsi heyətinin sayı da dəfələrlə artırılacaq.

 

Onun sözlərinə görə, hazırda Kaspiysk şəhərində genişmiqyaslı tikinti işləri davam etdirilir.

Qeyd edək ki, Xəzər donanması hazırda Rusiyanın Həştərxan vilayətində yerləşir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...