Modern.az

Azərbaycanlı radioloq beynəlxalq simpoziumda məruzə edib  

Azərbaycanlı radioloq beynəlxalq simpoziumda məruzə edib   

Aktual

2 Aprel 2018, 15:19

Martın 18-dən 23-dək Tayvanın paytaxtı Taybey şəhərinin konqreslər mərkəzində Dünya Neyroradioloqlar İttifaqının XXI ümumdünya simpoziumu keçirilib.

Modern.az xəbər verir ki, dörd ildən bir təşkil edilən bu mühüm ümumdünya forumu neyroradioloqların ən əsas elmi qurultayıdır və 1939-cu ildən keçirilir.

Azərbaycanı bu tədbirdə əsas məruzəçilərdən biri kimi dəvət almış N.Tusi adına Klinikanın şüa diaqnostikası şöbəsinin rəhbəri, tanınmış radioloq Yunus Əfəndiyev təmsil edib.

Konqresdə dünyanın bir çox neyroradioloqları, o cümlədən korifeylər siyahısında olan J.Barkoviç (ABŞ), A.Osborn (ABŞ) kimi mütəxəssislər də iştirak edib.

Növbəti neyroradioloji simpozium Nyu York şəhərində keçiriləcək

Əlavə məlumatı konqresin saytında əldə etmək mümkündür www.snr2018.org

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı