Modern.az

Aprel şəhidinin “qonaq olduğu” təqdimatda anasının halı pisləşdi

Aprel şəhidinin “qonaq olduğu” təqdimatda anasının halı pisləşdi

Aktual

3 Aprel 2018, 00:34

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərinin ikinci ildönümünə həsr olunan “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin və “ASAN” Xidmətin təşkilati dəstəyi ilə təşkil olunan “Təki Vətən  yaşasın” adlı tədbir keçirilib.

 Modern.az xəbər verir ki, "ASAN” Xidmət könüllüləri tədbirin sonunda hamını duyğulandıracaq kompozisiya  nümayiş etdiriblər. Onların hər biri  geydikləri köynəklərdə, aprel şəhidlərinin böyüdülən portretlərini əks etdiriblər. Yəni, rəmzi də olsa, hər könüllü bir aprel şəhidi qismində təqdimata qatılıb.

Bu tədbirdə iştirak edən şəhid valideyn və yaxınlarını çox təsirləndirib. Bir anlıq da olsa, sanki övladlarının qoxusunu almaq üçün həmin könüllülərə sarılan valideynlər göz yaşlarına hakim ola bilməyiblər. Bu, bütün tədbir iştirakçılarını xeyli təsirləndirib. İş o yerə çatıb ki, kompozisiyanın çıxa bilməyən aprel şəhidlərindən birinin valideyninin halı pisləşib. Təcili tibbi yardımın gəlişinə, həkim müayinəsinə ehtiyac yaranıb.

Tədbirin sonunda yaşanan bu təsirli hadisə bütün iştırakçılarda böyük təəssüf və ədər hissləri yaşadıb.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı