Modern.az

Beyləqanda qətlə yetirildiyi deyilən qadının meyiti aşkarlanıb

Beyləqanda qətlə yetirildiyi deyilən qadının meyiti aşkarlanıb

Aktual

3 Aprel 2018, 23:21

Beyləqanda mənzildən meyit aşkarlanıb. 

Modern.az APA-ya istinadən xəbər verir ki,  Beyləqan şəhər Nizami küçəsi ev №7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının uzun müddət evdən çıxmamasına narahat olan qonşular DİN-in 102 “qaynar xətti”nə məlumat verib.  Daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları R.Əsədovanı yaşadığı mənzilə daxil olaraq, qadını orada ölmüş vəziyyətdə aşkarlayıb.

 

R.Əsədovanın qətlə yetirildiyi ehtimal olunur.

 

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı