Modern.az

Biləsuvarda gənc qadın dərmandan zəhərlənib

Biləsuvarda gənc qadın dərmandan zəhərlənib

Aktual

3 Aprel 2018, 23:28

Biləsuvar rayon sakini dərmandan zəhərlənib.

Modern.az xəbər verir ki,  hadisə Nərimankənd kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Muradova Nuranə Əli qızı qəbul etdiyi dərmandan zəhərlənib. 23 yaşlı gənc Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilərək, reanimasiya şöbəsinə yerləşdirilib. N.Muradovanın vəziyyəti orta-ağır olaraq qalır.

Məlumata görə, o, hərarətinin olması səbəbindən 3 həb qəbul edib və nəticədə zəhərlənib.

Faktla bağlı araşdırmalara başlanılıb. (Milli.az)

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı