Modern.az

Aprel şəhidləri adına yaradılan ictimai birlik, yazılan kitab, çəkilən acı - Göz yaşı içindəki qürur 

Aprel şəhidləri adına yaradılan ictimai birlik, yazılan kitab, çəkilən acı - Göz yaşı içindəki qürur 

Aktual

3 Aprel 2018, 23:53

 

2 aprel 2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərinin ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir “Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə reallaşıb.


“Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin həmsədrləri Aida Eyvazlı və Sevinc Alızadə yeni yaradılmış ictimai birliyin məqsədi, məramı və fəaliyyət istiqmətləri haqqında iştirakçılara məlumat veriblər. Qeyd edilib  ki, Birliyin məramı vətən torpaqları uğrunda şəhid olan bütün Azərbaycan övladlarının tanıdılması və xatirələrinin əbədiləşdirilməsi, beləliklə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olunmaqdır. Bu müqəddəs xalqın, gənclərin və dövlətin dəstəyinə böyük ehtiyac var. Vətənimizə qalibiyyət şərbətini içirən bu igid və məğrur döyüşçülərin ailələri həmişə dövlətin dəstəyini hiss edirlər. Bu birlik də dövlətimizə dəstək olmaq, qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün yaradılıb.


Tədbirdə Ombudsman Elmira Süleymanova 2016-cı ilin aprel döyüşlərində şəhid olan vətən oğulları və bu döyüşlərinin mahiyyəti haqqında çıxış edərək, yeni yaranan ictimai birliyin qarşısında duran məsələlərin vətən üçün, cəmiyyət üçün nə dərəcədə gərəkli olduğunu vurğuladı.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev öz çıxışında bildirdi ki, ASAN Dövlət Agentliyi Azərbaycanın torpaqlarının müdafiəsində həlak olan hər bir şəhid ailəsinə qayğı göstərir. ASAN könüllüləri şəhidlərin adının yaşadılması üçün respublikada ən müxtəlif tədbirlərdə iştirak edir, qəhrəmanların xatirəsinin əbədiləşməsi üçün, gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsi üçün tez-tez müxtəlif layihələr həyata keçirirlər. Aprel şəhidlərinin həyatından bəhs edən bir neçə qısametrajlı sənədli film də məhz ASAN xidmət könüllülərinin əməyinin nəticəsidir.

Milli Məclisin deputatı Qənirə Paşayeva “Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin dövlətçiliyə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Vətən qəhrəmanlarının qəhrəmanlığı unudulmamalıdır, onların adları daima yaşamalıdır” – sözlərini yerinə yetirmək məqsədi daşıyan bir təşkilatdır. Bu təşkilat həm də şəhid ailələrinin yanında olacaq, onların övladlarının ataları, dayıları, əmiləri ilə fəxr etməsinə xidmət edən bir ocaq olacaq.


Tədbirdə həmçinin şəhid ailələri adından Zeynəb Bayramova, aprel qazisi polkiovnik-leytenant Elşən Qarayev çııxış etdilər.
Tədbirin sonunda aprel şəhidlərinin hər birinin ayrı-ayrı portretlərinin əks olunduğu geyimlərdə könüllülər aparıcının çağırışı ilə tamaşaçıların arasından çıxaraq, səhnəyə gəldilər. Onların hər biri şəhidlərimizin ölməzlik mücəssəməsi idi. Tədbirdə həm də ədəbi kompozisiya, Vətəni və qəhrəmanlığı vəsf edən kompozisiyalar da təqdim olundu, musiqilər səsləndi.


Eyni zamanda tədbirdə aprel döyüşlərində şəhid olan oğullarımızın həyatından bəhs edən, müəllifi Aida Eyvazlı Göytürk olan “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının II cildinin də təqdimatı keçirildi. Bu kitabda Azərbaycanın şanlı döyüş tarixləri, qəhrəmanları, eləcə də aprel şəhidlərin hər biri haqqında kövrək xatirələr yer alıb.


Aprel döyüşlərinə həsr olunmuş video material, tanıtım çarxları da xüsusi maraq doğurdu.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı