Modern.az

Qazaxda ağır yol qəzası: 1 ölü, 12 yaralı

Qazaxda ağır yol qəzası: 1 ölü, 12 yaralı

Aktual

4 Aprel 2018, 10:44

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazaxda ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb.

 

Əməliyyat başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)