Müsavat partiyasının sabiq başqanı i İsa Qəmbər Almaniyaya gedib.
Modern.az xəbər verir ki, Müsavat başqanı Arif Hacılı bu xəbəri təsdiqləyib. “İsa bəy bu gün Avropada yaşayan dostların xahişi ilə Almaniyaya gedib. Orada tibbi müayinələrdən keçəcək. Bir müddət bu ölkədə istirahət edəcək” – Arif Hacılı “Basta” əməkdaşına bildirib.
Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ.Qəmbər bu il yanvar ayının əvvəllərində Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmiş, ürəyinə bir neçə stent qoyulmuşdu.
Daha sonra o, Tükiyədə Hacettepe Xəstəxanasında müalicə almışdı.