Modern.az

Qəbələdə qadın qaynı ilə birləşib ərini qətlə yetirdi

Qəbələdə qadın qaynı ilə birləşib ərini qətlə yetirdi

Aktual

4 Aprel 2018, 13:01

Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin qətlə yetirildiyi müəyyən edilib.

DİN-dən Modern.az-a verilən məlumata görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib.

Bu zaman Vüsalə Məmmədşərifova ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib və meyitini həyətdəki sanitar qovşağına atıb.

Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

 

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)