Modern.az

ABŞ-ın Quru Qoşunları komandanlığı Bakıda seminar keçirir

ABŞ-ın Quru Qoşunları komandanlığı Bakıda seminar keçirir

Aktual

4 Aprel 2018, 13:26

ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri tərəfindən Bakıda “Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə USAREUR ekspertləri tərəfindən sülhməramlı mühitə uyğunlaşdırılan hərbi qərar qəbuletmə prosesi və digər mövzularda brifinqlər təqdim olunacaq.

Aprelin 5-dək davam edəcək seminarda Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak edir.

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)