Modern.az

İtaliyada mafiyaya qarşı ƏMƏLİYYAT - 25 nəfər saxlanıldı

İtaliyada mafiyaya qarşı ƏMƏLİYYAT - 25 nəfər saxlanıldı

Aktual

4 Aprel 2018, 13:35

İtaliyanın Bari şəhərində yerli polisin mafiyaya qarşı keçirdiyi əməliyyat nəticəsində 25 nəfər saxlanılıb.

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, əməliyyat iki klana qarşı keçirilib.

 

Saxlanılan şəxslər narkotik vasitələrin ticarətində, qanunsuz silah saxlamaqda ittiham olunub.

Bundan başqa, onlara qarşı rəqib klan mənsublarının qətlinə təşəbbüs ittihamları irəli sürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)