Modern.az

Fotostudiyadan 35000 manatlıq avadanlıq oğurlayanlar tutuldu

Fotostudiyadan 35000 manatlıq avadanlıq oğurlayanlar tutuldu

Aktual

4 Aprel 2018, 13:36

Nərimanov rayonunda yerləşən paytaxt sakini Cavid Səfərova məxsus fotostudiyadan oğurluq edilib. Obyektin qapısını sındıran naməlum şəxslər oradan ümumi dəyəri 35000 manat olan avadanlıqları oğurlayıblar.

      
 Məlumat daxil olan kimi Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elmir Qasımov, Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Maşallah Qurbanov və Astara rayon sakini Ceyhun Əlizadə saxlanılıb.

      
DİN-dən Modern.az-a bildirilib ki, araşdırma zamanı məlum olub ki, obyektə dəstə üzvü C.Əlizadə və E.Qasımov daxil olub. Hadisə zamanı M.Qurbanov isə fotostudiyadan bir qədər kənarda dayanaraq gəlib-gedən barədə digər dəstə üzvlərinə məlumat verməli imiş.

      
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şöbədə toplanan material araşdırılması üçün Nərimanov  Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)