Modern.az

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Aktual

8 Aprel 2018, 12:45

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın prezidenti Giorgi Marqvelaşviliyə Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

 

Modern.az-ın məlumatına görə, dövlət başçısı Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib: "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...