Modern.az

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird

Aktual

22 May 2018, 21:20

“700 bal topladığımı öyrənəndə çox sevindim. Müəllimlərim də, ailəm də  məndən elə bu nəticəni gözləyirdi. Onların inamını doğrultduğuma görə çox xoşbəxtəm”.

 

Bu sözləri AzEdu.az saytına I ixtisas qrupu üzrə keçirilən ali məktəbə qəbul imtahanlarında maksimum bal toplayan Əsra Bayramova deyib. O, özündən bu nəticəni gözlədiyini bildirib:

 

“Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi olmuşam. Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanlarında 650-dən yuxarı bal toplayırdım. Amma qəbul imtahanında 700 bal toplayacağıma əmin idim. Hansı universiteti, fakültəni  seçəcəyimi hələ ki, dəqiq bilmirəm. Bu barədə hələ fikirləşəcəm”.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır