Modern.az

Kafedə kütləvi dava

Kafedə kütləvi dava

Aktual

30 İyun 2018, 00:25

Tovuz rayonunda kütləvi dava olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən kafelərdən birində baş verib.

 

1990-cı il təvəllüdlü Abbasov Ruslan Arzuman oğlu kafedə tanımadığı 4 nəfər tərəfindən döyülərək kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib. Dava zamanı qarşı tərəfdən də xəsarət alanın olduğu bildirilir.

 

Mübahisənin səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!