Modern.az

Bakı-Quba yolunun bu hissələrinə təmir gedir - XƏBƏRDARLIQ

Bakı-Quba yolunun bu hissələrinə təmir gedir - XƏBƏRDARLIQ

Aktual

6 İyul 2018, 09:57

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-20 və 45-52-ci km-də yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Modern.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır