Modern.az

Paşinyan dekabrda 3 dəfə Rusiyaya gedəcək - Putinə mesaj verdi

Paşinyan dekabrda 3 dəfə Rusiyaya gedəcək - Putinə mesaj verdi

Dünya

Bu gün, 10:02

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Paşinyan dekabrın 3-də, 11-də və 22-də Rusiya Federasiyasına səfər edəcəyini və danışıqlar aparacağını bildirib.

“Ümid edirəm ki, Rusiya ilə münasibətlərimizdə dostluq mühitini qoruyub saxlaya biləcəyik.

Ermənistan eyni zamanda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının (Aİ) üzvü ola bilməz. Bizim əsas siyasi məqsədimiz Ermənistan vətəndaşları üçün alternativ yaratmaq olub və olaraq qalır.

Uzun müddət Ermənistanda ölkənin başqa seçiminin olmadığı barədə təsəvvür formalaşmışdı. Hətta Aİİ liderlərindən biri açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın bu ittifaqdan başqa gedəcək yeri yoxdur. Həmin bəyanat isə müəyyən siyasi proseslərə səbəb oldu”, – deyə baş nazir bildirib.

Ermənistanın 20 ildən sonra necə görünəcəyinə dair suala cavab verən Paşinyan isə ölkəsini Avropa İttifaqının tərkibində gördüyünü deyib.

“Ermənistanı Avropa İttifaqının tərkibində görürəm”, – baş nazir vurğulayıb.

Sizə yeni x var
Keçid et
Türkiyəyə qarşı etirazlar başladı - Kiprdə vəziyyət qarışdı!