Modern.az

Paşinyan o bananı İrəvana gətirdi - Ermənilər ona təlxək dedilər - VİDEO

Paşinyan o bananı İrəvana gətirdi - Ermənilər ona təlxək dedilər - VİDEO

Dünya

Bu gün, 09:36

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərindəki oteldən götürüb İrlandiyaya apardığı bananı cibində İrəvana gətirib.

Modern.az xəbər verir ki, Paşinyanın bananla görüntüləndiyi video sosial şəbəkələrdə yayıldıqdan sonra müzakirələrə səbəb olub.

Lakin sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən təkcə banan olmayıb. Paşinyanın şəhərin adını aydın şəkildə “Erevan” kimi tələffüz etməsi internetdə erməni izləyicilər arasında narazılıq dalğası yaradıb.

Baş nazirin bu tələffüzü sosial şəbəkələrdə geniş müzakirə olunur. Baş nazirin hərəkətlərindən hiddətlənən bəzi ermənilər onu təlxəklikdə ittigam ediblər.

"Biabırçılıqdı cənab baş nazir, özünü ölkə başçısı kimi apar. Sən təlxək olmusan", - deyə izləyicilərdən biri yazıb.
Digər sosial şəbəkə istifadəçisi isə Baş nazirin videopaylaşımına "Ayıb olsun sənə! Bu nə biyabırçı davranışdır, utanıram ki, sən mənim ölkəmin simasısan!" qeyd edib.

Xatırladaq ki, Türkiyənin Antalya şəhərindəki COP31 Liderlər Sammitində iştirak edən erməni Baş nazir oteldən gedərkən masanın üzərində olan bananı da cibinə qoyub və bunun videogörüntüsünü sosial şəbəkədə paylaşıb. İkinci videopaylaşımı o, İrlandiyanın paytaxtı Dublində edib. Avropa Siyasi Birliyinin  9-cu Sammitində iştirak etmək üçün bu ölkəyə çatan Paşinyan cibindəki həmin bananı çıxarıb masanın üzərinə qoyub. Üçüncü videodan məlum olur ki, Paşinyan həmin bananı yeməyərək cibində İrəvana gətirib.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Türkiyəyə qarşı etirazlar başladı - Kiprdə vəziyyət qarışdı!