Modern.az

BMU tələbəsi raket texnologiyaları müsabiqəsində I yerə layiq görülüb

BMU tələbəsi raket texnologiyaları müsabiqəsində I yerə layiq görülüb

Aktual

Bu gün, 11:28

Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Ayxan Fərəcov Raket Texnologiyaları üzrə İnnovasiya Müsabiqəsində I yerin qalibi olub.

Modern.az xəbər verir ki, raketlərin layihələndirilməsi, inkişafı və istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan müdafiə sənayesi şirkəti “AZROKSAN” MMC-nin təşkilatçılığı ilə keçirilən müsabiqədə uğurlu nəticə əldə edən Ayxan Fərəcov ən yaxşı 7 finalçı sırasına daxil olub. Final mərhələsində təqdim etdiyi layihə ilə digər iştirakçılardan fərqlənərək qalib adına layiq görülüb.

Tələbənin təqdim etdiyi layihə missiyasını yerinə yetirdikdən sonra paraşüt sistemi vasitəsilə təhlükəsiz və yumşaq eniş edən, bununla da təkrar istifadəyə imkan verən model raketdən ibarətdir. Raketin daxilində yerləşdirilmiş sensorlar uçuş zamanı onun sürətini, hündürlüyünü və hərəkət trayektoriyasındakı dəyişiklikləri müəyyənləşdirir. Yanacaq bitdikdən sonra əldə olunan məlumatlar əsasında daxili avionika sistemi raketin uçuş vəziyyətini qiymətləndirir və paraşütlərin açılması barədə qərar verir. Bu sistem raketin idarəolunan şəkildə yerə enməsini təmin edir.

BMU tələbəsi pul mükafatı ilə təltif olunub, eyni zamanda “AZROKSAN” MMC-də təcrübə keçmək imkanı qazanıb.

“İxtiraçılar, biz sizi axtarırıq!” şüarı altında təşkil olunan müsabiqənin məqsədi raket texnologiyaları sahəsində innovativ ideyaları üzə çıxarmaq, gənc ixtiraçıların mühəndislik potensialını dəstəkləmək və onların hazırladıqları texnoloji həlləri nümayiş etdirmələri üçün şərait yaratmaq olub.

 

Sizə yeni x var
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu