Modern.az

Azərbaycanda qadın sahibkarların sayı 363 mini ötüb

Azərbaycanda qadın sahibkarların sayı 363 mini ötüb

Aktual

Bu gün, 11:51

Azərbaycanda fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mini ötür. Təsisçisi qadın olan kommersiya hüquqi şəxslərinin sayı 34 mindən çox, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 minə yaxındır.

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, qadın sahibkarlar ənənəvi xidmət sahələri ilə yanaşı, istehsal və emala, əlavə dəyər yaradan fəaliyyət istiqamətlərinə də maraq göstərirlər. Layihələrin əhəmiyyətli hissəsinin regionlarda həyata keçirilməsi yerli məşğulluğun artmasına və bölgələrin iqtisadi canlanmasına töhfə verir.

Azər Bayramov qadınların rəqəmsal bacarıqlarının inkişafı istiqamətində görülən işlərdən də danışıb. O qeyd edib ki, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin qurumlarının “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “4Sİ Akademiyası – Milli Proqram” vətəndaşlara aparıcı universitetlərin və texnologiya şirkətlərinin onlayn təlimlərindən ödənişsiz yararlanmaq imkanı yaradır.

Onun sözlərinə görə, 2025-ci ilin aprelindən indiyədək proqram çərçivəsində qadınlar 70 mindən çox təlimi tamamlayıblar.

Maşın öyrənməsi və data analitikası üzrə tamamlanan təlimlərdə qadınların payı isə 42 faizdən 59 faizə yüksəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu