Modern.az

Gürcüstan prezidentinin kürəkənini güllələdilər  

Gürcüstan prezidentinin kürəkənini güllələdilər  

Aktual

6 İyul 2018, 10:17

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuriyaya qarşı silahlı hücum törədilib.

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Mindia Qoqoçuriya güllə yarasıyla xəstəxanaya yerləşdirilib, onun üzərində əməliyyat aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işinin araşdırılmasına başlayıb.

Mindia Qoqoçuri prezident Georgi Marqvelaşvilinin birinci arvadından olan qızı Maşo Çiçuanın əridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?