Modern.az

Sürücülərin DİQQƏTİNƏ: bu yolda rəngləmə aparılır

Sürücülərin DİQQƏTİNƏ: bu yolda rəngləmə aparılır

Aktual

6 İyul 2018, 11:00

Paytaxtda bir neçə yolda rənglənmə işləri aparılacaq.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Sumqayıt-Bakı yolu, Azpetrol dairəsindən Saray postuna kimi, axşam saat 23:00-dan səhər saatlarınadək isə Ziya Bünyadov prospektində (Çermet körpüsündən Koroğlu yol qovşağına kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə işləri aparılacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə yaydığı məlumatda qeyd olunub.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı