Modern.az

Goranboyda bir ailə QƏZAYA düşdü - ölüm var  

Goranboyda bir ailə QƏZAYA düşdü - ölüm var   

Aktual

6 İyul 2018, 12:50

İyulun 5-də saat 15 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi “Suzuki” markalı avtomobilə vurub.

DİN-dən Modern.az-a verilən məlumata görə, nəticədə C.Talıbovun sərnişinlərindən - arvadı Aidə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...