Modern.az

Növbəti hava XƏBƏRDARLIĞI yayıldı  

Növbəti hava XƏBƏRDARLIĞI yayıldı   

Aktual

6 İyul 2018, 13:25

Ekologiya və Təbii Sərvətlər nazirliyi gözlənilər hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Modern.az-a verilən məlumatda bildirlib ki, iyulun 7-dən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 7-dən 8-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı