Özbəkistanda iki maşın arasında əks hərəkət yoluna çıxmaq səbəbindən dəhşətli yol qəzası baş verib.
Modern.az Özbəkistan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər yerindəcə keçinib, daha 3 nəfər xəstəxanaya yerləşdirilib.
“Toqquşma nəticəsində iki avtomobildə olan 7 sərnişin hadisə yerində həyatını itirib” – nazirlikdən bildirilib.
Hadisə iyulun 5-də Suxandərya vilayətinin Baysun rayonu ərazisindəki yolda iki Daewoo Nexia markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hazırda hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.
Əvəz ZEYNALOV