Modern.az

Liseylərin V sinfinə qəbul üzrə müsabiqənin nəticələri açıqlandı

Liseylərin V sinfinə qəbul üzrə müsabiqənin nəticələri açıqlandı

Aktual

6 İyul 2018, 17:04

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərin V sinfinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər.

 

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul üçün müsabiqədə 1 421 nəfər iştirak edib. Onlardan 880-i Texniki-Humanitar Liseyə, 122-si 2 nömrəli Texniki-Humanitar Liseyə, 225-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 194-ü isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün müsabiqəyə qatılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı