Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və mərhələli həllinə sadiqdir".
Modern.az-ın məlumatına görə, bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.
"Görüşdə Regionda sabitliyin tərəfdarı olan Rusiyanın mövqeyi - Dağlıq Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla sülh yolu və mərhələli həll olunmalıdır - bir daha təsdiqlənib", - Rusiya Təhlükəsizlik Şurasının bəyanatında qeyd edilib. (Report)