Modern.az

Dünya çempionatı-2018: Fransa ilk yarımfinalçı oldu

Dünya çempionatı-2018: Fransa ilk yarımfinalçı oldu

Aktual

6 İyul 2018, 20:00

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın ilk oyunu keçirilib. Modern.az xəbər verir ki, "Nijni Novqorod” stadionunda baş tutan qarşılaşmada Fransa və Uruqvay komandaları üz-üzə gəlib. Oyun açıq-aşkar Fransa millisinin üstünlüyü ilə keçib.

 

Qarşılaşmada ilk qolu da birinci hissədə Fransa millisi vurub. 40-cı dəqiqədə Varan hesabı açıb.

 

62-ci dəqiqədə isə Antuan Qrizmanın uzaqdan zərbəsini Uruqvayın qapıçısı dəf edə bilməyib. Oyun Fransanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə Fransanı yarımfinala daşıyıb.

 

Qeyd edək ki, günün ikinci qarşılaşmasında Belçika və Braziliya milliləri qarşılaşaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!