Modern.az

Bakıda dənizdə batanlardan ikisinin meyiti tapılıb

Bakıda dənizdə batanlardan ikisinin meyiti tapılıb

Aktual

6 İyul 2018, 20:38

Bakıda dənizdə batanlardan ikisinin meyiti tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazi) çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində iki naməlum kişi meyiti (təxminən 20-25 yaşlarında) aşkarlanıb.

 

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Şəxsiyyətləri dəqiqləşdirilir.

 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır