Modern.az

Bir ayda 664 mindən çox elektron müraciət

Bir ayda 664 mindən çox elektron müraciət

Aktual

6 İyul 2018, 22:51

Bu ilin iyununda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 664 min 31 dəfə müraciət olunub. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin 35,4 faizini təşkil edir.

 

Məlumata görə, nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”  “E-hökumət” portalında ən çox istifadə olunan e-xidmətlərdəndir.

 

Əmək müqaviləsinin bağlanması və ya ona dəyişiklik edilməsi, yaxud xitam verilməsi barədə bildirişlərin elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi üçün fəaliyyət göstərən bu e-xidmətə təkcə son bir ayda 317 min 642 dəfə müraciət edilib.

 

Həmçinin iyun ayında nazirliyin “İş yerinə dair arayış” e-xidmətindən 49 min 126 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 34 min 618 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 31 min 426 dəfə və s. istifadə edilib.

 

Həmin e-xidmətlərlə yanaşı, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (24 min 542 müraciət), “Sığortaolunanlara məlumatların verilməsi” (20 min 904 müraciət), “Pensiya kalkulyatoru” (19 min 528 müraciət) və digər e-xidmətlərinə də ictimai maraq artmaqdadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı