Modern.az

İran bu məhsulların ixracını dayandırır

İran bu məhsulların ixracını dayandırır

Aktual

6 İyul 2018, 23:01

İran bir sıra kənd təsərrüfatı məhsullarının ixracını dayandırıb. Modern.az İran mediasına istinadən xəbər verir ki, İranın Gömrük İdarəsi 18 kənd təsərrüfatı məhsulunun ixracatını dayandırıb.

 

Məlumata görə, bu qadağa növbəti açıqlamayadək qüvvədə olacaq. İxracatı dayandırılan məhsullar əsasən un, buğda, qarğıdalı və arpadır. Gömrük İdarəsinin rəhbəri Əli Əkbər Şademani qadağanın ölkənin bütün gömrük məntəqələrində tətbiq ediləcəyini bildirib.

 

İxracatın qadağan edilməsinin səbəbi isə açıqlanmır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!