Modern.az

Yaponiyada təbii fəlakət: 15 nəfər ölüb  

Yaponiyada təbii fəlakət: 15 nəfər ölüb   

Aktual

7 İyul 2018, 09:02

Yaponiyanın qərbində davam edən leysanlar azı 15 nəfərin ölümünə səbəb olub.

Modern.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, xilasetmə xidməti ölkənin Özünümüdafiə Qüvvələrinin dəstəyilə 50 nəfər itkin düşənin axtarışını davam etdirir. Leysan yağışlar miqyaslı torpaq sürüşməsinə gətirib çıxarıb.

3 milyondan çox insana təxliyə olunmaq tövsiyə edilib. Təbii fəlakətin vurduğu zərbə səbəbindən böyük müəssisə və fabriklər işini dayandırır.
Hazırda Yaponiyanın bir çox regionunda yağışın intensivliyi azalıb ki, bu da xilasetmə əməliyyatını və itkin düşənlərin axtarışı işlərini asanlaşdırır. Eyni zamanda, hökumət orqanları sürüşmə təhlükəsinin mövcudluğunu bilirlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı