Modern.az

Qəza 9 nəfərin həyatına son qoydu - VİDEO

Qəza 9 nəfərin həyatına son qoydu - VİDEO

Aktual

7 İyul 2018, 10:41

İyulun 6-da Rusiyanın Krasnodar diyarında iki avtomobilin toqquşması nəticəsində baş vermiş dəhşətli  qəzanın görüntüləri yayılıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki avtomobildə olan 9 nəfər həyatını itirib.

Qəza avtomobillərdən birinin döngədə digərinin hərəkət xəttinə keçməsi nəticəsində baş verir.

 

Görüntülər əks istiqamətdə hərəkət zolağına keçərək qəza törədən avtomobilin arxasınca gələn maşının videoregistratoru ilə anbaan qeydə alınıb.

Modern.az həmin görüntüləri sizə təqdim edir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?