Filippin prezidenti Rodriqo Düterte ona Allahın varlığını göstərəcək sübut gətirilərsə, istefa verəcəyinə söz verib.
Modern.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Düterte bunun üçün Allahın şəklini çəkmiş və ya onunla selfi çəkdirmiş hər hansı bir şahidin kifayət edəcəyini bildirib.
Onun sözlərinə görə bu, ona insanın Allahı görüb və ya onunla danışa biləcəyinə inandırmağa kifayət edəcək.
Bununla yana Düterte kosmosda qayda qanuna nəzarət edə biləcək bir qüvvənin ola biləcəyinə inandığını da qeyd edib.
Qeyd edək ki, keçən həftə Filippin prezidenti Rodriqo Düterte allahı təhqir edərək onu “axmaq” adlandırıb. Bu hadisə böyük əksəriyyətin katolik olduğu ölkədə kütləvi etirazlara səbəb olub.
Əvəz ZEYNALOV