Gürcüstanın Svaneti diyarında Neneskra çayının iyulun 5-də öz yatağından daşması nəticəsində yaranmış sel evləri dağıtmaqda davam edir.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, çayın yaratdığı sel bütün 5 körpünü yuyaraq Çuberi kəndini ətraf aləmdən təcrid edib.
Hazırda ölkənin fövqəladə hallar xidmətinin əməkdaşları müvəqqəti körpülər salmaqla yanaşı həmçinin çayın məcrasının bərkidilməsi ilə də məşğuldurlar. Çayın öz məcrasında möhkəmləndirilməsi gələcək bu cür halların qarşını almağa yardım edir.
Kənd işıqsız qalıb, 7 evi isə sel təhlükəsi gözləyir.
Bütün bu hadisələrlə yanaşı Çuberi kəndinin selin bir evi necə dağıtması videosu yayılıb. Xoşbəxtlikdən ev sahibləri vaxtında oranı tərk edərək canlarını qurtarıblar.
Elə görüntüləri ev sahibləri özləri qeydə alıb.
Modern.az həmin görüntüləri sizə təqdim edir.
Əvəz ZEYNALOV