Modern.az

Sumqayıtda mənzildən qumbara tapıldı

Sumqayıtda mənzildən qumbara tapıldı

Aktual

7 İyul 2018, 12:24

Sumqayıtda evdən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhəri ərazisində kirayədə yaşadığı mənzildən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.

 

Dini broşura və CD disklər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?