Modern.az

Yaponiya torpaq sürüşmələri: 48 nəfər öldü

Yaponiya torpaq sürüşmələri: 48 nəfər öldü

Aktual

7 İyul 2018, 16:28

Yaponiyada leysan yağışlarının yaratdığı torpaq sürüşmələri və daşqınlar nəticəsində 48 nəfər həyatını itirib.

 

Modern.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, dövlət təbii fəlakətlə əlaqədar 4,72 milyon insana təcili olaraq təxliyə olunmaq tapşırığı verib.

Daha 50 nəfər itkin düşmüş hesab edilir.

 

Xilasedicilər Yaponiyanın özünümüdafiə dəstələrinin köməkliyi ilə axtarış əməliyyatlarını davam etdirir.

Ölkənin qərb regionlarında yağışlar kəssə də hakimiyyət hələ də torpaq sürüşmələri və daşqın təhlükəsinin qaldığını bildirir.

 

Qeyd edək ki, güclü yağışlar “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. Bu fəlakət 2018-ci ildə sakit okeanda meydana gəlmiş 7-ci qasırğadır.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı