İsveç yığmasının keçmiş kapitanı Zlatan İbrahimoviç ilə İngiltərə yığmasının keçmiş kapitanı Devid Bekhem mərcə giriblər.
Modern.az xəbər verir ki, mərc təklifini öz Intagram səhifəsində İbrahimoviç təklif edib.
“Bilirsən nə var, Devid, İngiltərə yığması qələbə qazanarsa mən dünyanın istənilən restoranında senin şam yeməyini ödəyəcəyəm. Yox əgər İsveç qalib gələrsə sən mənə İKEA mağazasından hər nə istəsəm onu alacaqsan” – İbrahimoviç öz Intagram səhifəsində yazıb.
Bekhem çox maraqlı bir şərtlə İbrahimoviçin İKEA barəsindəki şərtini qəbul edib.
“Əgər İngiltərə qalib gələrsə sən, Uemblə gəlib İngiltərə yığmasının formasında balıq və kartof fridən həzz alaraq mənim matçlarımdan birini seyr edəcəksən” – Bekxem yazıb.
Qeyd edək ki, İngiltərə və İsveç yığmaları arasında matç iyulun 7-də Samarada keçiriləcək. Hər iki yığma hansı qələbə qazanarsa üçüncü dəfə yarımfinala çıxa biləcək.
Əvəz ZEYNALOV