Modern.az

Yazıçı Cəlil Cavanşır canlı yayımda İNTİHARA CƏHD ETDİ

Yazıçı Cəlil Cavanşır canlı yayımda İNTİHARA CƏHD ETDİ

Aktual

7 İyul 2018, 20:07

Yazar Cəlil Cavanşır "Facebook" sosial şəbəkəsində canlı yayımla çıxış edərək intihar edəcəyini söyləyib. Modern.az APA-ya istinadən xəbər verir ki, Cəlil Cavanşır sosial şəbəkədəki dostlarına vida nitqi söyləyib. Bundan sonra o, sevgi,həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söylədikdən sonra damarlarını kəsdiyini nümayiş etdirib.

 

Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada olduğunu bildirməyib. C.Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib.

 

"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin yazdığına görə, Cəlil Cavanşirin qardaşı yazıçının yaşadığı evə gəlib və qardaşını intihar fikrindən yayındırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?