Modern.az

Şəmkirdəki yanğın məhdudlaşdırıldı

Şəmkirdəki yanğın məhdudlaşdırıldı

Aktual

7 İyul 2018, 20:59

Şəmkirdə meşə massivinə yaxın ərazidə başlayan güclü yanğın məhdudlaşdırılıb. Modern.az xəbər verir ki, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir–Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanıb.

Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının meşə massivinə keçməsinin qarşısı alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı