Modern.az

Bu universitetimizdən bir ildə 140 tələbə xaric edilib – Anti-rekord

Bu universitetimizdən bir ildə 140 tələbə xaric edilib – Anti-rekord

Aktual

8 İyul 2018, 13:30

Azərbaycan universitetlərindən  hər il minlərlə tələbə məzun olur. Amma universiteti bitirə bilməyib, müxtəlif səbəblərdən ali təhsil müəssisələrindən xaric olunanlara da təsadüf edilir.  

 AzEdu.az  tələbələrin universitetlərdən xaric olunması ilə bağlı ayrı-ayrı universitetlərə müraciət edib. Silsilə şəklində təqdim edəcəyimiz  göstəricilərdə oxucuları  təəccübləbdirəcək  rəqəmlərə də rast gələcəyik:

 Azərbayacan Dövlət Pedoqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimovun verdiyi məlumata görə, sonuncu  tədris ilində ali təhsil müəssisəsindən 140 tələbə xaric edilib:

“2017-2018-ci tədris ilində Azərbaycan Dövlət Pedoqoji Universitetində əyani təhsilalma forması üzrə 113, qiyabi təhsil üzrə 11 nəfər tələbə xaric olunub. Magistratura səviyyəsi üzrə isə cari tədris ilində xaric olunan tələbələrin sayı isə 16-dır. Onlar universitetdən müxtəlif səbəblər üzündən uzaqlaşdırılıbar. Əsas səbəblər isə vaxtında gəlib qeydiyyata düşməmək, təhsilhaqqını ödəməmək, insan  məsuliyyəti və digərləridir”.

Qeyd edək ki, bu il Azərbaycan Pedaqoji Universitetindən 2 998 tələbə məzun olub. Onların 40-ı universiteti magistratura, digərləri isə bakalavt pilləsi üzrə bitirib. Bu il bu ali təhsil müəssisəsini 4 əcnəbi tələbə başa vurub.

AzEdu.az bu statistikanı diqqətdə saxlayacaq və digər universitetlərin də xaric olunan tələbələri ilə bağlı statistikanı yaxın günlərdə təqdim edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı