Modern.az

Binəli Yıldırım parlament sədrliyinə namizəd oldu

Binəli Yıldırım parlament sədrliyinə namizəd oldu

Aktual

8 İyul 2018, 13:45

Türkiyənin prezidentli idarəetmə üsuluna keçməsi ilə əlaqədar baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrliyinə namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, müraciət sənədini Ədalət və İnkişaf Partiyasının (AKP) nümayənədləri parlamentin baş katibi Əli Kumbuzoğluna təqdim ediblər.

Məlumata görə, 5 gün ərzində digər namizədlər də müraciətini etdikdən sonra 12 iyulda TBMM sədrliyi üçün səsvermə keçiriləcək.

Qeyd edək ki, B.Yıldırım 2016-cı ilin 24 mayından etibarən baş nazir vəzifəsini icra edirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı