Modern.az

Goranboyda qadın və iki qızı itkin düşüb

Goranboyda qadın və iki qızı itkin düşüb

Aktual

8 İyul 2018, 17:57

Goranboy rayonunda qadın iki övladı ilə birgə itkin düşüb.

Modern.az xəbər verir ki, hadisə 4 gün öncə Goranboyun Səfikürd kəndində baş verib.

Günorta saatlarında 26 yaşlı Məmmədova Bəsti Kazım qızları - 6 yaşlı Ləman və 4 yaşlı Dəniz Məmmədzadələri də götürərək yaşadığı evdən gedib. Qadının yaxınları və qohumları da onlardan xəbərsiz olduqlarını deyiblər.

Bəsti Məmmədova və azyaşlı qızlarının itkinin düşməsi barədə Goranboy rayon Polis şöbəsinə məlumat verilib.

B.Məmmədova və övladlarını görənlərdən 070-915-94-35, 050-390-84-80, 070-633-59-25 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur. (report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı