Modern.az

Azərbaycanlı qadın Türkiyədə yıxılıb öldü

Azərbaycanlı qadın Türkiyədə yıxılıb öldü

Aktual

8 İyul 2018, 18:45

Azərbaycan vətəndaşı Ömərova Məryəm Türkiyədə bədbəxt hadisə nəticəsində həlak olub.

Modern.az Trend-ə istinadən xəbər verir ki, 27-yaşlı Məryəm müvazinəti itirərək 15 metr yüksəklikdən Aladərə şəlaləsinə yıxılıb. Hadisə Muğla vilayətinin Fəthiyə şəhərində olub.

 

M.Ömərovanın yıxılması barədə təcili tibbi yardıma digər turist xəbər edib. Cəsədin çıxarılması üzrə işlər iki saat davam edib.

Cəsəd yarılma üçün Fəthiyə Dövlət Xəstəxanasının morquna çatdırılıb. Yerli polis hadisə ilə bağlı araşdırma aparır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı