Modern.az

Fövqəladə Hallar Nazirliyi mətbuatı diqqətli olmağa çağırdı

Fövqəladə Hallar Nazirliyi mətbuatı diqqətli olmağa çağırdı

Aktual

8 İyul 2018, 19:11

İyulun 8-də bəzi kütləvi informasiya vasitələrində Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməmiş, yalnız 650 m² sahədə quru ot yanmış və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrini bir daha diqqətli olmağa və baş vermiş hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!